Məxfilik siyasəti:

Yenisoy bizimlə bölüşən hər bir kəsin şəxsi məlumatının məxfiliyinə hörmətlə yanaşır, şəxsi məlumatlar barəsində yerli və beynəlxalq təhlükəsizlik standartlarına tabe olmağa səy göstərir.

Müştərinin xəbəri olmadan heç bir məlumat toplanılmayacaq.

Toplanmış məlumat bizim tərəfimizdən qorunacaq və onun məxfiliyi təmin ediləcək.

Müştərinin razılığı olmadan bizim tərəfimizdən məlumat başqa şirkətlər ilə bölüşdürülməyəcək.

İnternet səhifəmizə daxil olmağınız barədə məlumatın bizim tərəfimizdən elektron üsulla “cookies” kimi alətlərdən istifadə edilərək qeydiyyatı aparılmayacaq və izlənilməyəcək.

Yenisoy insanları düşünür.

Biz inanırıq ki, irqinizdən, cinsinizdən, gəlirinizdən və ya ictimai vəziyyətinizdən asılı olmayaraq, başqaları kimi sizinlə də eyni səviyyədə, hörmətlə və ləyaqətlə rəftar olunmalıdır. Sizə özünüzü və ailənizi təmin eləmək üçün qabiliyyətlərinizdən istifadə etməyinizə imkan verilməlidir.

Yenisoy həmçinin, yüksək keyfiyyəti düşünür.Hansı işi görməyimizdən, yəni işgüzar fəaliyyətdən, yaxud hər hansı bir icmaya xidmət etməyimizdən asılı olmayaraq, biz bunu şəffaf və yüksək əxlaqi normalara cavab verərək yerinə yetirməyi özümüzə borc bilirik. Etdiyimiz hər bir işdə yüksək keyfiyyəti qoruyacağıq və bunu həmişə müqayisə ediləcəyimiz başqalarından daha yaxşı etməyə can atacağıq.

Biz inanırıq ki, Yenisoyun bu iki xüsusiyyəti bir araya gətirməsi bizim ictimaiyyət qarşısında daşıdığımız məsuliyyətimizdir. Biznes və icma inkişafı üçün bizdə olan cürbəcür vasitələrin köməyi ilə bacardığımız qədər çox sayda insana kömək göstərə bilmək imkanına görə sevinirik.